ABŞ prezidenti Donald Trampın Rusiya ilə İran məsələsində müəyyən sövdələşməyə getməsi mümkündür. Bu kontekstdə ABŞ-ın Ukraynaya dəstəyinin zəifləməsi və ya Kiyevə təzyiqlərin artması mümkündür. Belə təzyiqlər Ukraynanın mövqeyini dəyişmək və danışıqlara məcbur etmək məqsədi daşıya bilər. Xüsusilə, Ukraynanın tam şəkildə Rusiyaya tabe olması və kaputilyasiya imza atmasıdır.
Eyni zamanda, Rusiya üçün prioritet istiqamətin İran deyil, Ukrayna olduğu aydındır. Moskva üçün Ukrayna üzərində nəzarətin gücləndirilməsi həm regional, həm də qlobal güc balansında mövqelərini möhkəmləndirmək baxımından strateji əhəmiyyət daşıyır. Bu, Rusiyanın postsovet məkanında və Avropaya qarşı təsir imkanlarını artırmaq məqsədinə xidmət edir.
ABŞ-ın Yaxın Şərqdə, xüsusilə İrana qarşı mümkün hərbi addımları isə Vaşinqtonun beynəlxalq imicinə və etibarlılığına mənfi təsir göstərə bilər. Bu cür addımlar ABŞ-ın resurslarının parçalanmasına və eyni vaxtda bir neçə geosiyasi istiqamətdə zəifləməsinə səbəb ola bilər. Çünki, ABŞ prezidenti Ukrayna müharibəsi bitmədən İrana qarşı İsrailin Baş naziri B. Netanyahunun təhriki ilə müharibəyə başlaması, Vaşinqtonun Çin qarşısında zəifləməsinə gətirib çıxarır.
ABŞ Ukraynada Rusiyaya güzəştə getməsi heç də Kiyevin məğlub olmasına gətirib çıxarmayacaq. Ümumiyyətlə, Rusiyanın Ukraynada tam qələbə qazanması real görünmür. Böyük Britaniya, Fransa və Almaniya kimi ölkələrin Ukraynaya davamlı dəstəyi, həmçinin Kiyevin hərbi texnologiyalar sahəsində əldə etdiyi irəliləyişlər müharibənin balansını qoruyur.
Bir tərəfdən Yəməndə husilərin aktivliyi və İsrailə raket hücumları Qırmızı dənizdə Bab əl-Məndəb boğazı ətrafında gərginlik müttəfiqləri üçün əlavə risklər yaradır. Bu marşrutun təhlükə altına düşməsi qlobal ticarətə və enerji daşımalarına ciddi təsir göstərə bilər.
Bununla belə, husilərin xarici dəstəyi ilə bağlı iddialar (xüsusilə Çinlə bağlı) müasir raketlər verməsi gündəmdədir. ABŞ-ın Ukrayna müharibəsi davam etdiyi halda İrana fokuslanması Vaşinqtonun strateji resurslarını bölüşdürərək Çin və digər rəqiblər qarşısında nisbi zəifləməsinə gətirib çıxara bilər. ABŞ üçün əsas çağırış müxtəlif geosiyasi istiqamətlər arasında balansı qorumaqdır. Hazırda bu balans qorumaq çətinləşirb.
Məhəmməd Əsədullazadə, siyasi şərhçi