AZ

Region ölkələri Yaxın Şərqdəki gərginliyi müzakirə edəcək

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin xarici işlər nazirləri 29-30 mart tarixlərində Pakistanın paytaxtı İslamabada səfər edərək Yaxın Şərq regionundakı gərginliyin azaldılması yollarını müzakirə edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Pakistanın baş nazir müavini və xarici işlər naziri İshaq Dara dəvəti ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl-Saud, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər naziri Badr Əbdəl Ati 29-30 mart 2026-cı il tarixlərində İslamabada səfər edəcəklər. Səfər çərçivəsində nazirlər bir sıra məsələləri, o cümlədən regionda gərginliyin azaldılması üzrə səyləri ətraflı müzakirə edəcəklər”, - deyə məlumatda bildirilir.

Pakistan Xarici İşlər Nazirliyi əlavə edib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin üzvləri həmçinin Pakistanın baş naziri Şahbaz Şəriff ilə də görüşlər keçirəcəklər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
50
icma.az

10Mənbələr