AZ

Dərnəgül şossesi, Eurohome-un qarşısı yağış sularından təmizlənir - FOTO

Güclü yağıntılardan sonra paytaxtın bu hissəsində yaranan subasma ilə bağlı aradanqaldırma işlərinə başlanılıb. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Milli.Az-a verilən məlumata görə, ərazidə toplanan yağış sularının kənarlaşdırılması və nəqliyyatın hərəkətinin bərpası üçün zəruri tədbirlər həyata keçirilir.

Kadrlarda xüsusi texnika və işçi qüvvəsinin cəlb olunduğu, suyun çəkilməsi istiqamətində işlərin intensiv şəkildə aparıldığı görünür. Təmizləmə prosesi hazırda da davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
23
2
milli.az

3Mənbələr