AZ

Kahı yükündə 56 kq marixuana aşkar edilib

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dövlət Gömrük Komitəsi (DGK) kahı, kərəviz və gül kələm yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib.

Milli.Az bu barədə DGK-ya istinadən xəbər verir.

Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik maddə müəyyən olunaraq qanunsuz dövriyyədən çıxarılıb:

"Kahı, kərəviz və gül kələm yükü daşıyan nəqliyyat vasitəsinə "Biləsuvar" gömrük postunda kinoloji xidmət itinin köməyi ilə ətraflı gömrük yoxlaması tətbiq edilib. Yoxlama gedişində nəqliyyat vasitəsindəki kahı yükünün arasında qablaşdırılaraq gömrük nəzarətindən gizli şəkildə keçirilmək istənilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar olunub.

Hadisə ilə əlaqədar araşdırma davam etdirilir".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
23
news.milli.az

10Mənbələr