AZ

Azərbaycanda yağıntı tarixi həddi YENİLƏDİ

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36.8 mm olub ki, bu, aylıq normanın 156 %-ni təşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 mm qeydə alınıb. Bu da aylıq normanın 508 %-nə bərabərdir.

Milli.Az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Aylıq göstəricilərə gəldikdə isə bildirilib ki, 1988-ci ilin mart ayında ümumilikdə Bakıda və Abşeron yarımadasında 83 mm yağıntı düşüb ki, bu, aylıq normanın 352 %-ni təşkil edib. 2026-cı ilin mart ayının ötən 27 günü ərzində düşən yağıntının miqdarı 128 mm olub ki, bu da aylıq normanın 542 %-ni təşkil edir.

Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə rekord göstəricilərin yeniləndiyi qeydə alınıb.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
41
news.milli.az

10Mənbələr