AZ

Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb

Bir neçə gündür ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar bir sıra bölgələrdə, o cümlədən Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi sahələrində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlərə səbəb olub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, problemlər leysan xarakterli yağışlar nəticəsində yağış sularının ətraf ərazilərə, həmçinin elektrik yarımstansiyalarına, paylayıcı qurğulara (PQ) və transformator məntəqələrinə (TM) dolması ilə əlaqədardır.

"Qəza halları səbəbindən Sumqayıtda bir neçə küçədə, Corat qəsəbəsində və 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

İntensiv yağışların davam etməsi, bəzi ərazilərdə keçilməz gölməçələrin formalaşması və yağış sularının qəza baş verən ərazilərdən təmizlənməməsi "Azərişıq" ASC əməkdaşlarının işini çətinləşdirir. Bütün çətinliklərə baxmayaraq, əməkdaşlarımız yaranmış qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışırlar.

Hazırda qabaqlayıcı tədbirlər görülür, yağış suları ərazidən kənarlaşdırılır və güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir. Qısa müddətdə sözügedən ərazilərdə elektrik enerjisinin verilişi tam bərpa olunacaq", — qurumdan bildirilib.

"Cebheinfo.az"

Seçilən
4
2
cebheinfo.az

2Mənbələr