AZ

Messili İnter Mayami nin Salahla bağlı qərarı bəlli oldu Fabritsio Romano açıqladı

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"İnter Mayami"nin "Liverpul"un misirli superulduzu Məhəmməd Salahı transfer edib-etməmək niyyəti bəlli olub. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

Mənbənin məlumatına görə, MLS təmsilçisi mövsümün sonunda mersisaydlılardan ayrılacaq hücumçunu transfer etməyi planlaşdırmır. Son xəbərlərin əksinə olaraq, Lionel Messinin çıxış etdiyi "İnter Mayami" 33 yaşlı oyunçunun transferi üzərində işləmir və heç bir danışıqlar aparmır.

Salahın "Əl-İttihad"a keçə biləcəyi də deyilir.

Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da oynayır. 33 yaşlı misirli forvard bu yaxınlarda cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Müqaviləsinin müddəti 2027-ci ilə qədər olsa da, o, yayda komandadan azad agent kimi ayrılacaq.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
fanat.az

2Mənbələr