ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakı və ətraf ərazilərdə müşahidə olunan intensiv yağışlar nəqliyyatın hərəkətində ciddi çətinliklər yaratmaqda davam edir. Yağış sularının yollarda toplanması bir sıra istiqamətlərdə sıxlığa və hərəkətin iflic olmasına səbəb olub.
Buna baxmayaraq, yol polisi əməkdaşları çətin hava şəraitinə baxmadan xidməti vəzifələrini yerinə yetirməyə davam edir, sürücülərə operativ şəkildə kömək göstərirlər.
Avtosfer.az xəbər verir ki, Bakı-Sumqayıt yolunun “VAZ dairəsi” kimi tanınan ərazisində, Abşeron Rayon Mərkəzi Xəstəxanasının qarşısında yaranmış vəziyyət izləyicilər tərəfindən lentə alınıb. Görüntülərdə yağış sularının yolda yığılması nəticəsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklərin yarandığı açıq şəkildə müşahidə olunur.
Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının, eləcə də Abşeron Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sözügedən ərazidə suyun içərisində xidmət apararaq nəqliyyat axınının tənzimlənməsini təmin etməyə çalışırlar. Onlar sürücülərə istiqamət verir, yaranan problemlərin operativ şəkildə aradan qaldırılması üçün tədbirlər görürlər.
Eltac
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.