AZ

İranda 93 mindən çox obyektə ziyan dəyib

28 fevraldan bəri ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları nəticəsində 93,2 mindən çox qeyri-hərbi obyektə ziyan dəyib.

Herbiand.az bildirir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti açıqlama yayıb.

Məlumata görə, sözügedən müddətdə ölkənin müxtəlif vilayətlərində 20,8 min ticarət obyekti, 71,5 min yaşayış obyekti hücumlara məruz qalıb. Təkcə Tehran vilayətində 31,5 min yaşayış və ticarət obyekti hücumlardan zərər çəkib.

Qırmızı Aypara Cəmiyyəti qeyd edir ki, 295 səhiyyə və müalicə mərkəzi, 600 məktəb, Qırmızı Aypara Cəmiyyətinin 17 mərkəzi, 48 xilasetmə avtomobili, 46 təcili yardım maşını və 3 xilasetmə helikopterinə ziyan dəyib.

Seçilən
31
herbiand.az

1Mənbələr