Bayram günlərində Naxçıvan Muxtar Respublikasında zəhərlənmə halları baş verib.
Bu barədə SİA -ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər MərkəziNdən bildirilib.
Məlumata görə, qeyd olunan dövrdə, ümumilikdə 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.
Statistikaya əsasən, zəhərlənmə hallarından 12-si qida, 3-ü dərman maddələri ilə, 2-si isə alkoqol mənşəli olub.