AZ

İrana növbəti hücum DALĞASI

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi qurumun açıqlamasına görə, İsrail Hərbi Hava Qüvvələri qısa müddət əvvəl Tehranda hava zərbələrinin bir dalğasını tamamlayıb. Ordudan bildirilib ki, zərbələrdə "İran rejiminə məxsus infrastruktur obyektləri" hədəf alınıb. Hədəflərlə bağlı əlavə məlumatların daha sonra açıqlanacağı vurğulanıb. Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
Seçilən
21
Ajans.az

1Mənbələr