AZ

İK Əvəzedicilər Liqasının cəzalarını niyə yubadır? Komitə sədrindən açıqlama

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Həftəiçi AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutsa da, açıqlanan qərarlardan aydın olur ki, qurum yalnız aşağı liqaları müzakirə edib. Halbuki, Əvəzedicilər Liqasında 21-ci tur daha əvvəl - bir həftə öncə baş tutub. İK nədənsə, ikinci komandaların son turdakı oyunlarında baş verənlərin üstündən sükutla keçib. Unudulub, yoxsa son tur "təmiz" alınıb? Təkcə "Qarabağ-2" - "Sabah-2" (2:1) oyunundakı vərəqələri (2 qırmızı, 13 sarı) xatırlatmaq kifayət edir. 

AFFA İntizam Komitəsinin sədri Erkün Hüseynovla əlaqə saxlayıb Əvəzedicilər Liqası ilə bağlı qərarların niyə yubandığına aydınlıq gətirməyə çalışdıq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Tur bayram günlərinə təsadüf etdiyi üçün protokolların komitəyə təqdim olunması yubanır. Biz də onların əsasında qərar çıxarırıq. Qarşıdakı günlərdə nümayəndələrin protokollarını təhlil edib müvafiq cəza və cərimələri açıqlayacağıq. Ən geci növbəti tura 2-3 gün qalmışa qədər cəzalar bilinəcək".

Qeyd edək ki, Əvəzedicilər Liqasında 22-ci tur 4-5 apreldə keçiriləcək.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
3
fanat.az

4Mənbələr