AZ

“Zirə”nin futbolçusu millidə debüt oyununda qol vurdu

"Zirə" klubunun hücumçusu Leroy Mikels Ruanda milli komandasının heyətində debüt matçına çıxıb.

"Yeni Sabah" xəbər verir ki, futbolçu "FIFA Series - 2026" turniri çərçivəsində Qrenada yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə mübarizə aparıb.

Matça start heyətində başlayan forvard ilk hissəyə artırılmış vaxtda rəqib qapısına yol taparaq adını tabloya yazdırmağa müvəffəq olub.

Ümumilikdə qarşılaşma Ruanda milli komandasının 4:0 hesablı mütləq qələbəsi ilə başa çatıb./Oxu.az


Telegram kanalımız
Seçilən
6
2
yenisabah.az

3Mənbələr