AZ

2 jurnalist həyatını itirdi

 

İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində iki jurnalist həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

“Əl-Manar” (Hizbullahın televiziya kanalı) müxbiri Əli Şuəyb şənbə günü Livanın cənubunda öldürülüb.

O, təxminən üç onillik ərzində Livanın cənubundakı hadisələri işıqlandıran tanınmış hərbi müxbir idi.

Eyni zərbə zamanı Beyrutun “Al-Mayadeen” telekanalının müxbiri Fatimə Ftuni də həlak olub.

O, zərbədən dərhal əvvəl Cəzzin bölgəsində Livanın cənubundan birbaşa reportaj aparırdı.

Seçilən
18
5
bakivaxti.az

5Mənbələr