AZ

Mingəçevirdən xoş xəbər

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Son iki gündə intensiv yağan yağışlar nəticəsində Mingəçevir su anbarında suyun səviyyəsi 15 santimetr artıb.

Globalinfo.az xəbər verir ki, hazırda anbarda suyun səviyyəsi 79 metr 13 santimetr təşkil edir.

Bu da ötən ilin bu günə olan müvafiq göstəricisindən 60 santimetr yüksəkdir. Dünən üçün 7, bu gün üçün isə qeydə alınan 8 santimetrlik səviyyə artımı mütəxəssislərin fikrinə görə əsasən Yenikənd su anbarı səmtindən Kür çayının Mingəçevir su anbarı istiqamətində axın həcminin artması nəticəsində gerçəkləşib.

Su anbarında səviyyə artımı anbardan Kür çayına buraxılan su həcminə və çayın bəzi istiqamətlərdə səviyyə həddinə də qismən təsir edib.

Belə ki, Kür çayının Yevlax və Zərdab rayonları ərazisindən keçən hissəsində çayın səviyyəsi 2-3 santimetr artıb. Yağıntılar bölgənin digər çaylarında da müəyyən həcmdə təsir edib. Məsələn, Türyançayın Ağdaş rayonu ərazisində ötürücülük gücü saniyədə 2 kubmetrə qədər artıb. Mütəxəssislərin fikrincə, yağıntılar hələ də davam etdiyi üçün bölgənin su hövzəsində növbəti gündə də dəyişəcəyi istisna deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr