AZ

Masazırda leysan fəsadı: avtomobillər suya qərq oldu – VİDEO

Xəbər verdiyimiz kimi, Masazır qəsəbəsində yağan güclü yağışlar nəticəsində bir sıra küçə və prospektlərdə ciddi su basması baş verib.

NOCOMMENT.az xəbər verir ki, qısa müddətdə yağan intensiv leysan yağışı kanalizasiya sisteminin yükə tab gətirməməsinə səbəb olub.

Nəticədə bir neçə avtomobil suyun altında qalaraq hərəkətsiz vəziyyətə düşüb. Sürücülər nəqliyyat vasitələrini ərazidən çıxarmaqda çətinlik çəkiblər, xeyli sayda avtomobillərə texniki ziyan dəyib.

Hazırda əraziyə aidiyyəti qurumların cəlb olunduğu, suyun çəkilməsi və yolların təmizlənməsi istiqamətində işlərin görüldüyü bildirilir.

Seçilən
14
nocomment.az

1Mənbələr