Bakı şəhəri, Nizami rayonunda yanğın iddiasının yanlış olduğu məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, müşahidə olunan qatı tüstü, əslində, qazanxananın buxarıdır.
***
Bakı şəhəri, Nizami rayonunda yanğın başlayıb.
Musavat.com Oxu.Az-a istinadla bildirir ki, hadisə çoxmərtəbəli yaşayış binasında baş verib.
Hadisə yerindən çəkilən görüntülərdə binanın dam örtüyündən sıx tüstünün qalxdığı aydın görünür.