İran "Emirates Global Aluminum" şirkətinin Əbu-Dabidəki zavoduna zərbələr endirib.
APA xəbər verir ki, bu barədə "Emirates Global Aluminum" şirkəti məlumat yayıb.
Şirkət İranın raket və dron hücumları nəticəsində Əbu-Dabidəki Əl-Tavilah zavoduna ciddi ziyan dəydiyini bildirib.
Məlumata görə, hücum nəticəsində bir neçə işçi yaralanıb.
Qeyd edək ki, müəssisədə böyük bir alüminium əritmə zavodu və alüminium emalı kompleksi yerləşir.