AZ

Yol polisi qəzada ayaqları sınan vətəndaşlara belə kömək etdi - VİDEO

Bakı-Sumqayıt yolunda yol polisi əməkdaşları ağır vəziyyətdə olan vətəndaşlara operativ dəstək göstəriblər.

Ekologiya.az Avtosfer.az-a istinadla xəbər verir ki, 90-YP-789 qeydiyyat nişanlı YPX avtomobili yağışlı hava şəraitində yol qəzası keçirən vətəndaşları təhlükəsiz şəkildə xəstəxanaya çatdırmaq üçün yolu açaraq kömək edib. Onların hər ikisinin ayağı sınıq vəziyyətdə olub. 

Polis əməkdaşlarının vaxtında və peşəkar müdaxiləsi sayəsində xəstələr təhlükəsiz şəkildə tibbi yardıma çatdırılıb. Hadisə yol polisi əməkdaşlarının çətin hava və yol şəraitində belə vətəndaşlara göstərdiyi operativ dəstəyin nümunəsidir. 



Seçilən
3
1
ekologiya.az

2Mənbələr