AZ

Kəlbəcərdə dəhşətli qəza: 3 nəfər həlak oldu

Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun dağlıq hissəsində qeydə alınıb.

İlkin məlumata görə, şirkətə məxsus yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər hadisə yerində həyatını itirib.

Hazırda həlak olan şəxslərin kimliyi müəyyənləşdirilir. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisənin başvermə səbəbləri, o cümlədən yol şəraiti və texniki nasazlıq ehtimalları araşdırılır.

Milli.Az

Seçilən
34
1
milli.az

3Mənbələr