AZ

Bəhram Rəcəbzadədən şok xəbər: Kəmər döyüşü niyə son anda təxirə salındı?

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın kikboksinq üzrə ən tanınmış idmançılarından olan Bəhram Rəcəbzadədən pərəstişkarlarını üzən xəbər gəlib.

Fanat.Az xəbər verir ki, təmsilçimiz "Glory" döyüş təşkilatında orta çəkidə çempionluq kəməri uğrunda keçirilməli olan qarşılaşmadan geri çəkilməli olub.

İdmançımızın turnirdə iştirak etməməsinə səbəb hazırlıq prosesində aldığı ciddi zədədir. Tibbi müayinələrdən sonra məlum olub ki, Bəhramın ayaq əzələsində yırtılma aşkarlanıb və bu zədə onun rinqə çıxmasına imkan vermir.

Qeyd edək ki, Rəcəbzadə bu döyüşdə 12 qarşılaşmadır məğlubiyyət üzü görməyən surinamlı Donovan Visse ilə üz-üzə gəlməli idi.

Hazırda idmançımızın müalicə və bərpa prosesinə başladığı bildirilir. Bu məcburi fasilənin nə qədər davam edəcəyi və döyüşün nə vaxta təyin olunacağı hələlik rəsmən açıqlanmayıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
fanat.az

2Mənbələr