
ABŞ və İsrailin İranın qərbində yerləşən Borucerd şəhərinin yaşayış məntəqələrinə endirdiyi zərbə nəticəsində azı 8 nəfər dünyasını dəyişib.
AFN.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Bildirilir ki, həlak olanların hamısı dinc sakinlərdir və onlardan dördü qadındır.
Qeyd edək ki, hərbi əməliyyatlar çərçivəsində Tehran da daxil olmaqla İranın iri şəhərləri mütəmadi olaraq bombardman edilir. Buna cavab olaraq SEPAH İsrail və regiondakı ABŞ obyektlərinə qarşı genişmiqyaslı əməliyyatlar keçirdiyini bəyan edib.