AZ

Entoni Qordon Nyukasl dan gedir?

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Entoni Qordon "Nyukasl"dan gedir?

"Nyukasl"ın vingeri Entoni Qordon yay transfer pəncərəsində "Liverpul"a keçməyə yaxındır.

QOL.az xəbər verir ki, jurnalist Ceyms Uatlandın yaydığı məlumata görə, klub bu yay futbolçunu heyətinə qatmaq niyyətindədir. 25 yaşlı oyunçu artıq "Nyukasl" rəhbərliyinə Mersisayd klubuna keçmək istədiyini bildirib. Qeyd olunur ki, cari mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, "Nyukasl" aparıcı oyunçularından birini satmaq məcburiyyətində qalacaq. Klub rəhbərliyi Sandro Tonali ilə müqayisədə məhz Qordonun transferinə üstünlük verir.

Xatırladaq ki, Entoni Qordon 2023-cü ildə "Everton"dan 45 milyon avro qarşılığında transfer edilib. O, cari mövsümdə meydana çıxdığı 45 matçda 17 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
qol.az

3Mənbələr