AZ

"Orda penalti yox idi" - Toral Bayramov

“Layiqli qələbə qazandıq”.

Bu sözləri millimizin üzvü Toral Bayramov deyib.

Müdafiəçi “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edərkən deyib.

“Komanda olaraq yaxşı hazırlaşmışdıq. Böyük hesablı qələbə qazandıq. Millimizin tarixində rekord nəticə qeydə alındı. Sevincliyik. Çalışacağıq ki, oyunumuzu daha da yaxşılaşdıraq. Meydança ilk hissədə normal olsa da, ikinci yarıda yağışın güclənməsi səbəbindən vəziyyət dəyişdi. Penalti epizoduna gəldikdə isə düşünürəm ki, orada penalti yox idi. Hər ikimiz mübarizə aparırdıq”.
Seçilən
13
3
football-plus.az

4Mənbələr