AZ

Arıqlamaq üçün nə vaxt yatmaq lazımdır? - Həkimlər açıqladı

Həkimlərin sözlərinə görə, arıqlamaq və sağlamlığı qorumaq istəyən insanlar üçün ən uyğun yuxu vaxtı 23:00-dan 06:00-dək olan dövrdür.

Mütəxəssislər bildirirlər ki, məhz bu saatlarda hormonal sistem daha düzgün işləyir və orqanizmdə bərpa prosesi daha fəal gedir.

Həmin vaxt intervalında bədən toksinlərdən daha intensiv şəkildə təmizlənir. Qeyd olunur ki, orqanizmdə toksinlər çoxaldıqca, yağ toxumasının artması riski də yüksəlir.

Həkimlərin izahına görə, 23:00-dan 03:00-dək stress hormonu olan kortizolun normallaşması baş verir. Bu hormonun səviyyəsi yüksək olduqda, yağ əsasən qarın və bud nahiyəsində toplanır.

Bundan əlavə, “gənclik və böyümə hormonu” kimi tanınan somatotropin də gecə yarısından saat 01:00-a qədər daha aktiv ifraz olunur.

Mütəxəssislər vurğulayırlar ki, insan gecə yarısından sonra yatarsa, aclıq hormonu olan qrelinin səviyyəsi yüksəlir, toxluq hormonu leptinin səviyyəsi isə aşağı düşür.

Bu da nəticədə həm iştahanın artmasına, həm də artıq çəkinin toplanmasına səbəb ola bilər.

Seçilən
3
4
sportinfo.az

5Mənbələr