AZ

Yaxından kitab oxumaqla smatfona baxmağın zərəri eyni imiş

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

2050-ci ilə qədər dünya əhalisinin yarısının yaxından görmə problemi ilə üzləşəcəyi proqnozlaşdırılır. Yayılmış rəyin əksinə olaraq, görmə qabiliyyətini pisləşdirən qadcetlərin yaydığı mavi işıq deyil, cihazla göz arasındakı məsafədir. Oftalmoloq Ekaterina Bayandina bildirir ki, mavi işığın əsas ziyanı görmə itiliyinə yox, bioloji saatımıza dəyir."Ekranlardan gələn mavi şüalanma təbii gündüz işığından min dəfə zəifdir və göz hüceyrələrini birbaşa məhv etmək gücündə deyil. Lakin bu işıq yuxu hormonunun ifrazını ləngidərək beyni aldadır və yuxuya getmə fazasını uzadır. Görmənin pisləşməsi isə gözün fokuslanma sisteminin həddindən artıq gərginləşməsi ilə bağlıdır. İnsan gözü təkamül prosesində uzağa baxmaq üçün formalaşıb. Smartfona saatlarla yaxın məsafədən baxdıqda göz əzələləri maksimum güclə işləyir. Bu gərginlik illərlə davam etdikdə göz alması fiziki olaraq uzanır və müvəqqəti yorğunluq real qüsura çevrilir.Maraqlıdır ki, eyni təhlükə kitab oxuyarkən də mövcuddur. Əgər kitab gözə çox yaxın tutularsa, mənfi təsir smartfonla eyni olur. Kiçik şriftlər və aşağı kontrast gərginliyi daha da artırır. Göz sağlamlığını qorumaq üçün monitoru bir qol məsafəsində saxlamaq və hər 20 dəqiqədən bir uzağa baxaraq əzələləri rahatlatmaq tövsiyə olunur. Həmçinin qaranlıqda parlaq ekrana baxmaqdan çəkinmək lazımdır", - deyə o fikrini yekunlaşdırıb.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr