
36-sı azyaşlı olmaqla ümumilikdə 216 nəfər intensiv yağışlarla əlaqədar su basmış ərazilərdən təhlükəsiz əraziyə təxliyə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.