Pakistan Yaxın Şərqdə davam edən müharibəyə cavab olaraq İrana üç ay müddətinə ərzaq ixracına icazə verəcəyini açıqlayıb. Bu qərar İslamabadın Fars körfəzi ölkələrinə ərzaq tədarükünə icazə verməsindən qısa müddət sonra verilib. Pakistanın ticarət naziri Kamal Xan İrandan əlavə, İran vasitəsilə Azərbaycan və Orta Asiya ölkələri ilə ticarətin də aparılmasına icazə verildiyini açıqladı. Ticarətin asanlaşdırılması üçün bank zəmanətləri və kredit məktubları kimi bir sıra şərtlər ləğv edilib. Məlumatı Anadolu agentliyi yayıb. İRADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta