AZ

Qonşu ölkədə dollar ucuzlaşdı – Azərbaycana təsir edəcəkmi?

Son günlər İran-İsrail-ABŞ qarşıdurması qlobal bazarlarda dalğalanmalara səbəb olub. Məsələn, Qazaxıstanda 15 gün əvvəl 100 dollar 53-55 min tenqe idisə, indi 48 min tenqəyə qədər ucuzlaşıb.

Bu ucuzlaşma Azərbaycana da təsir edə və dolların qiyməti burada da düşə bilərmi?

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, Azərbaycanda dolların ciddi ucuzlaşması ehtimalı çox zəifdir:

“Qazaxstanı misal göstərirsiniz, lakin orada dolların ucuzlaşma səbəbi əsasən lokal iqtisadi faktorlara bağlıdır, təkcə İran-İsrail-ABŞ qarşıdurmasına görə deyil. Ən əsası, Azərbaycanda dolların kursu dövlət tərəfindən sabit saxlanılır, tam sərbəst bazar vasitəsilə müəyyənləşmir. Valyuta əməliyyatları, mübadilə və nəzarət qaydaları Mərkəzi Bank tərəfindən tənzimlənir. Qısası, kursu Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Fondu bazara müdaxilə edərək qoruyur. Bu səbəbdən, çox böyük ehtimalla manat faktiki olaraq sabit kursla (1 ABŞ dolları – 1.70 AZN) saxlanılacaq”.

vusale
Vüsalə Əhmədova

İqtisadçı bildirib ki, hazırda “AzeriLight” markalı neftin bir barrelinin qiyməti 121,25 dollardır:

“Müharibə başladığı gündən etibarən neftin bahalaşması Azərbaycanın valyuta gəlirlərini kifayət qədər artırıb. Münaqişə başlamazdan əvvəl bir barrel neftin qiyməti təxminən 70-80 dollar civarında idi. 2026-cı ilin dövlət büdcəsində neftin orta qiyməti 65 dollar proqnozlaşdırılmışdı. Hazırkı qiymət proqnozu təxminən 86 faiz üstələyir. Bu isə manatın dəyərinin sərbəst bazar kursu ilə müəyyənləşmədiyi bir şəraitdə manatı daha stabil edir, ucuzlaşdırmır”.

Seçilən
18
1
turkustan.az

2Mənbələr