AZ

Hər gün eyni yeməyi yeyənlər daha tez arıqlayır Səbəb

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Dreksel Universitetində aparılan yeni araşdırma çəki itirmək istəyənlər üçün gözlənilməz nəticə üzə çıxarıb. Məlum olub ki, hər gün eyni qidanı yeyən şəxslər rasionu rəngarəng olanlara nisbətən daha sürətlə arıqlayırlar.Demokrat.az xəbər verir ki, davranış psixoloqu Şarlotta Haqermanın rəhbərlik etdiyi komanda 112 nəfər üzərində 12 həftəlik müşahidə apararaq bu qənaətə gəlib.Tədqiqat göstərir ki, rutin pəhriz saxlayanlar bədən çəkilərinin orta hesabla 5,9%-ni itirdikləri halda, müxtəlif yeməklərə üstünlük verənlərdə bu göstərici 4,3% olub.Ekspertlər bunu müasir qida bolluğunda seçim etməyin çətinliyi ilə əlaqələndirirlər. Menyu əvvəlcədən bəlli və təkrarlanan olduqda, kalori hesabı və porsiya nəzarəti daha asan təmin edilir. Bu da öz növbəsində iradənin zəifləməsinin qarşısını alır və arıqlama prosesini dayanıqlı edir.Alimlər xəbərdarlıq edirlər ki, bu üsul çəki atmağa kömək etsə də, qidanın keyfiyyəti unudulmamalıdır. Eyni yeməkləri seçərkən bədənin ehtiyacı olan vitamin və mineralların balansına diqqət yetirmək vacibdir. Ekspertlərin fikrincə, bəzi qida müxtəlifliyindən müvəqqəti imtina etmək arıqlamağı hədəfləyənlər üçün işi xeyli sadələşdirə bilər.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
demokrat.az

1Mənbələr