AZ

Yol polisləri yağışda xidməti bu cür davam etdirirdi Real görüntülər VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İki gündür paytaxt və ətraf ərazilərdə aramsız yağan yağış yollarda hərəkəti çətinləşdirərək bir sıra ərazilərdə nəqliyyatın iflic vəziyyətinə düşməsinə səbəb olub. Avtosfer.az xəbər verir ki, yağışın yaratdığı çətin şəraitə baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları xidmətlərini fasiləsiz davam etdiriblər. Yol polisi əməkdaşları güclü yağışda, gölməçələrdə dayanmadan fasiləsiz xidmət təşkil edərək həm hərəkətin tənzimlənməsində, həm də baş verə biləcək qəzaların qarşısının alınmasında mühüm rol oynayıblar. Xüsusilə su basmış ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi, yollarda qalan sürücülərə operativ kömək göstərilməsi diqqət çəkib.

Bununla yanaşı, yol polisi əməkdaşları çətin vəziyyətdə qalan vətəndaşlara, o cümlədən ağır xəstələrin xəstəxanalara çatdırılmasında birbaşa iştirak edib və köməklik göstəriblər. Bəzi hallarda qəza nəticəsində xəsarət alan şəxslərin təhlükəsiz şəkildə təxliyəsi də onların operativ fəaliyyəti sayəsində mümkün olub.

Yağışın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstərən yol polisi əməkdaşları eyni zamanda sürücülərə diqqətli və qaydalara riayət etməklə bağlı çağırışlar da edib.

Eltac

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
avtosfer.az

1Mənbələr