AZ

Türkiyənin Qırğızıstana tekstil ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qırğızıstana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq, 9 milyon 332 min 4 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Qırğızıstana tekstil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 5 milyon 11 min 84 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 759 milyon 705 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalaraq, 1 milyard 488 milyon 557 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 9 milyard 313 milyon 685 min dollar məbləğində tekstil məhsulları ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.

Seçilən
6
49
turkic.world

10Mənbələr