AZ

Özbəkistanda avtomobil istehsalında ciddi artım

ain.az bildirir, Avtosfer portalına istinadən.

2026-cı ilin yanvarında Özbəkistanda 22 099 ədəd minik avtomobili istehsal edilib. Bu da ötən ilin müvafiq dövründən 6 500 ədəd çoxdur.Avtosfer.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb. İstehsal edilən avtomobillər arasında “Chevrolet” modelləri üstünlük təşkil edir. Belə ki, hesabat dövründə konveyerdən 6993 ədəd “Cobalt”, 3628 ədəd “Damas” və 1974 mədəd “Onyx” çıxıb. 

Özbəkistanda ötən il 458 min ədəd minik avtomobili istehsal edilib. Bu il istehsalın 11,4 faiz artırılaraq 510 min ədədə çatdırılması planlaşdırılır.

Bundan əlavə, yerli müəssisələr daha 763 detalın istehsalını mənimsəməlidir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
avtosfer.az

1Mənbələr