AZ

Məşhur müharibə veteranı vəfat etdi

İkinci Dünya Müharibəsinin məşhur veteranlarından olan, Stalinqrad döyüşünün iştirakçısı Vasili Zinçenko 101 yaşında Qazaxıstanda vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Almatıdakı Baş Konsulluğu özünün Telegram kanalında məlumat verib.

Zinçenko hərbi əməliyyatlar başlayan zaman Qırmızı Ordunun sıralarına könüllü olaraq qoşulubmuş. O vaxt onun cəmi 17 yaşı olub. Bir müddət sonra isə Zinçenko kəşfiyyat məktəbinə göndərilib. Vasili İvanoviç Ukrayna, Belarus və Polşanın azad edilməsi, eləcə də Berlinin alınması da daxil olmaqla müxtəlif cəbhələrdə vuruşub. 9 may 1945-ci ildə o, Almaniyada olub və orada Qələbə Gününü qeyd edib.

Zinçenkonun tərcümeyi-halında Stalinqrad döyüşü xüsusi yer tutur. O, bir qrup kəşfiyyatçı ilə birgə alman feldmarşalı Fridrix Paulusu əsir götürüb. Veteran döyüşçü göstərdiyi cəsarət və qəhrəmanlığa görə çoxsaylı mükafatlara, o cümlədən Qırmızı Ulduz ordeni, 2-ci dərəcəli Vətən Müharibəsi ordeni və "Stalinqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medallarına layiq görülüb. Zinçenko daha çox feldmarşalı əsir götrməsi ilə tanınırdı.

Seçilən
33
publika.az

1Mənbələr