AZ

Rasim Balayev vəfat edib?

“Rasim Balayevin vəziyyəti ağırlaşmışdı, reanimasiyaya yerləşmidi. İki saat bundan öncə oğlu ilə danışmışıq. O, bizə Xalq artistinin vəfat etdiyini təsdiqləmədi”.

Bunu Musavat.-com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov deyib.

O bildirib ki, aktyorun oğlu atasının öldüyünü təsdiqləmir.
Qeyd edək ki, Bakupost.az xəbər verir ki, Azərbaycanın Xalq artisti Rasim Balayev İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.
Şahanə Rəhimli
Musavat.com

 

***

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.

Musavat.com Bakupost.az-a istinadla xəbər verir ki, tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Seçilən
12
6
musavat.com

10Mənbələr