AZ

Nəsimidən Babəkə ucalan zirvə: Rasim Balayevin həyat DOSYESİ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.

Musavat.com Rasim Balayevin dosyesini təqdim edir. 

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu başa vurub.

Rasim Balayev ilk dəfə Bakı Kinostudiyasında “Ulduzlar sönmür” filmində kiçik rolda çəkilib. O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb.

Aktyor “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və mürəkkəb rollarla yanaşı, epizodik rollarda da uğurla çıxış edib. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisi gün gecəyarısı” kimi filmlərdə də rol alıb.

Rasim Balayev “Özbəkfilm”, “Mosfilm” və digər studiyalarda da filmlərə çəkilib.

O, 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 31 may 2022-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Seçilən
27
12
musavat.com

3Mənbələr