AZ

Baba Vəziroğlu danışdı: Rasim Balayevin nəşi Bakıya gətirilir

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib. Tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.

Hadisə ilə bağlı "Yeni Sabah"a danışan mərhumun yaxın dostu yazıçı-şair Baba Vəziroğlu bildirib ki, Rasim Balayevin nəşi axşam saatlarında Bakıya gətiriləcək:

"Mən Rasim Balayevin səhhəti ilə bağlı demək olar ki, hər gün oğulları ilə əlaqə saxlayırdım. Ölüm xəbərini isə elə bayaq aldım. Dəfnin harada baş tutacağı hələ dəqiq bilinmir. Tam dəqiq deyil, amma Rasim müəllimin nəşini yəqin ki, axşam İstanbuldan Bakıya gətirəcəklər. Ruhu şad olsun".

Xatırladaq ki, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindın və yüksək şəkərdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
25
6
yenisabah.az

10Mənbələr