AZ

"Sağ göndərdiyimiz dostumuzu tabutda qarşılayacağıq" - Baba Vəziroğlu

"Sağ göndərdiyimiz dostumuzu tabutla qarşılayacağıq.

 

Bu sözləri açıqlamasında şair Baba Vəziroğlu deyib.

 

Onun sözlərinə görə, mərhum Rasim Balayevin nəşinin axşama gətirilməsi planlaşdırılır:

 

" Ola bilsin ki, nəşi axşama gətirildi. Lakin dəqiq deyil hələ. Dəfni barədə qərarı dövlətimiz verəcək".

 

Şair həmçinin dostunun vəfatı barəsində də təəssüratlarını bölüşüb:

 

"Bu gün səhər ürəyi dayandı. Keçirdiyi əməliyyatlara tab gətirə bilmədi. Çox əməliyyatlar keçirib, lakin artıq ürəyi dözmədi" - deyə o qeyd edib.

 

News24.az

Tarix: 29 Mart 2026, 15:10   
Seçilən
11
1
pravda.az

2Mənbələr