Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmətlərininrəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatagörə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovunsədrliyi ilə keçirilən müşavirədə üç gün ərzində yağan şiddətliyağışların fəsadlarının aradan qaldırılması ilə bağlı görülənişlər, onların daha da gücləndirilməsi, su basmış həyət və fərdievlərlə bağlı operativ tədbirlərin görülməsi məsələləri müzakirəolunub və müvafiq tapşırıqlar verilib.
Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı Nizami, Xəzərvə Sabunçu rayonlarında görülən işlər müsbət hesab edilib, eynizamanda bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığıqeyd edilib. Aparılan monitoriqlərin nəticələri kimi yağışdan ənçox zərər çəkən vaxtı ilə heç bir tikinti normalarına uyğunolmayaraq qanunsuz tikilən gecəqondu evlərin olduğu qeyd edilib vəərazidə yağışın fəsadlarının aradan qaldırılmasında Rayon İcraHakimiyyəti başçılarının şəxsi məsuliyyət daşıdığı bildirirlib.
Müşavirədə martın 30-da paytaxtda təmizliklə bağlı genişmiqyaslıümumşəhər daxili iməcliyin keçirilməsi qərara alınıb.
Toplantıda yağışın fəsadlarının aradan qaldırılması işlərindəşəhərin kommunal-təsərrüfat qurumları, Fövqəladə Hallar Nazirliyi,Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinin birgə fəaliyyəti təqdirəlayiq hesab edilib və buişlərin daha da genişləndirilməsi qərara alınıb.