AZ

Kloppdan “Real Madrid” iddialarına sərt cavab: “Hamısı uydurmadır”

Madrid nəhəngi "Real", "Liverpul"un sabiq çalışdırıcısı Yürgen Kloppu gətirməyə hazırlaşır. 

"Yeni Sabah" xəbər verir ki, son günlər İspaniya və Almaniya mətbuatında Yürgen Kloppun "kral klubu"nun başına keçəcəyi ilə bağlı xəbərlər "bomba effekti" yaradıb. Hazırda "Red Bull" şirkətində qlobal futbol rəhbəri kimi çalışan 58 yaşlı mütəxəssisin yaydan etibarən məşqçilik fəaliyyətinə qayıdacağı iddia olunur.

Yayılan iddialara Kloppun özündən cavab gecikməyib. Alman mütəxəssis "Real Madrid"lə bağlı xəbərləri "uydurma" adlandırıb:

"Əgər "Real Madrid" mənə zəng etsəydi, bundan hamının xəbəri olardı. Amma bütün bunlar cəfəngiyatdır. Nə mənə, nə də agentimə bir dəfə də olsun zəng gəlməyib. Hazırda işimdən məmnunam, amma məşqçi kimi hələ karyeramı tam bitirməmişəm. Gələcəkdə nə olacağını isə zaman göstərəcək".

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
71
8
yenisabah.az

10Mənbələr