AZ

İran rejimində parçalanma əlamətləri var

"İran İnternational" mənbələrə istinadən xəbər verir ki, İran rejimində bir parçalanma əlamətləri var.

Nəşrin məlumatına görə, İran prezidenti Məsud Pezeşkian və İİKK komandanı Əhməd Vahidi müharibənin necə bitəcəyi və ölkə iqtisadiyyatına necə təsir edəcəyi ilə bağlı "dərin fikir ayrılığı"ndadırlar.

Pezeşkian İİKK-nın yanaşmasını tənqid edərək, daha da gərginləşmənin iqtisadi nəticələrə səbəb olacağını iddia edir.

İran prezidenti bildirib ki, "Atəşkəs olmadan İran iqtisadiyyatı üç həftədən bir aya qədər çökə bilər".

Tənqidlərə cavab olaraq İİKK komandanı mövcud vəziyyəti münaqişə başlamazdan əvvəl hökumətin struktur islahatlarını həyata keçirməməsi ilə əlaqələndirib.

Seçilən
42
anspress.com

1Mənbələr