Bakıda iki gün davam edən güclü yağış təkcə küçələrdə deyil, bazarda da yeni suallar yaradıb. İndi əsas müzakirə mövzularından biri bu yağıntıların meyvə-tərəvəz qiymətlərinə təsir edib-etməyəcəyidir. Ekspertlər hesab edir ki, belə hava şəraiti məhsul itkisi ilə yanaşı, bazara çıxarılan məhsulun həcminə və qiymətinə də təsirsiz ötüşmür.
Bəs qarşıdakı günlərdə alıcıları bahalaşma gözləyirmi?
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bir neçə gündür davam edən intensiv yağışlar kənd təsərrüfatı üçün zərərdən daha çox xeyir gətirir:
"Çox güman ki, hava şəraitinə görə ən çox ziyan görən məhsul növləri kənd təsərrüfatı məhsulları olur. Amma indi kənd təsərrüfatı məhsullarının toplanması dövrü deyil. Əksinə, yaz əkininə hazırlıq dövrü gedir. Yaz əkininə hazırlıq dövründə havaların yağmurlu keçməsi heç də pis deyil. Ona görə də, daşınma xərclərinin artırılmasını və yollarda yaranan problemləri nəzərə almasaq, ümumiyyətlə kənd təsərrüfatı məhsullarını istehsalçıları və fermerlər üçün indiki dövrdə havanın yağmurlu keçməsi heç də pis deyil. İntensiv yağıntıların olması əksinə, gələcəkdə daha çox məhsuldarlıq üçün şərait yarada bilər".
Nazim Hacıyev
Telegram kanalımız