AZ

Azərbaycanın qızıl ehtiyatı azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 406,6 kq qızıl istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 71,7 kq və ya 15,0% azalıb.

2025-ci ilin yanvar-fevral aylarında bu göstərici 478,3 kq təşkil edib.

1 mart 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 140,0 kq təşkil edib ki, bu da illik müqayisədə 20,4 kq və ya 12,7% azdır.

Ötən ilin eyni dövründə hazır ehtiyat 160,4 kq olub.

AzPost.az

Seçilən
17
azpost.info

1Mənbələr