AZ

Fransa 2026-cı il Dünya Kuboku ərəfəsində ABŞ-nin təhlükəsizlik yoxlamalarından şikayətləndi

Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın Braziliya və Kolumbiya ilə yoldaşlıq oyunları üçün ABŞ-yə səfəri zamanı ciddi problemlər yaşadığını bildirib.

Redaktor.az onun sözlərini “Ouest France” sitat gətirib.

"Gəldikdən sonra hava limanında inanılmaz dərəcədə çox vaxt keçirdik və orada həyatımda heç vaxt görmədiyim bir şəkildə müayinədən keçdik. Temperaturumuza gəldikdə isə, yaxşıyıq. Xüsusilə səyahət vaxtı ilə bağlı bildiyim və hələ də mövcud olan bəzi problemlərimiz var", - deyə o qeyd edib.

Mütəxəssis həmçinin komandanın Dünya Kuboku zamanı uyğunlaşmaq üçün bütün səylərini göstərəcəyini qeyd edib. Dünya Kubokunda Fransa millisi  Seneqal və Norveçlə bir qrupa düşüb, bu qrupda dördüncü rəqib daha sonra müəyyənləşəcək.

Aminə ŞAHSUVARQIZI

Seçilən
30
45
redaktor.az

10Mənbələr