AZ

Uli Hönessdən rekord qiymət: "Harri Keynin dəyəri 250 milyon avrodur"

"Bayern Münhen" klubunun fəxri prezidenti Uli Höness ulduz hücumçu Harri Keynin transfer bazarındakı qiyməti ilə bağlı maraqlı açıqlama verib.

Fanat.Az xəbər verir ki, Höness digər futbolçuların transfer məbləğləri ilə müqayisədə ingiltərəli forvardın dəyərinin daha yüksək olduğunu vurğulayıb.

O bildirib ki, əgər Aleksandr İsakın transferi üçün 150 milyon avro tələb olunursa, Harri Keyn kimi futbolçunun real dəyəri minimum 250 milyon avro təşkil etməlidir.

Bu açıqlama Avropanın transfer bazarında böyük səs-küyə səbəb olub və Keynin komanda üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edib. Münhen təmsilçisinin rəhbərliyi Keyni uzunmüddətli layihələrin mərkəzində gördüyünü bu cür yüksək qiymətləndirmə ilə nümayiş etdirir. Hazırda Harri Keyn "Bavariya"nın hücum xəttinin əvəzolunmaz lideri hesab olunur.

Seçilən
15
1
fanat.az

2Mənbələr