Bakı. Trend:
Əfqanıstanın müxtəlif bölgələrində müşahidə olunan güclüdaşqınlar və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər həyatınıitirib.
Trend xəbər verir ki, bubarədə ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrəMilli İdarəsinin sözçüsü Yusuf Hammad məlumat verib.
Bildirilib ki, əlverişsiz hava şəraitinin yaratdığı fəsadlarnəticəsində 26 nəfər xəsarət alıb. Axtarış-xilasetmə tədbirləridavam edir və ölənlərin sayının artacağı istisna edilmir.
Təbii fəlakət ölkənin 34 əyalətindən 13-nə, əsasən qərb, mərkəzivə şimal-qərb bölgələrinə təsir göstərib.
Hammadın sözlərinə görə, güclü hava şəraiti 147 evin tam və yaqismən dağıdılmasına, 80 kilometr yolun sıradan çıxmasına, həmçininkənd təsərrüfatı sahələrinə, suvarma sistemlərinə və müəssisələrəzərər vurub.
Meteoroloqların proqnozuna əsasən, leysan yağışlar davam edəcəkvə ölkənin şərq və mərkəzi hissələrində yeni daşqınlar baş verəbilər.