AZ

II Elizabetin həyat yoldaşı səkkiz il mədəaltı vəzi xərçəngi ilə yaşayıb

II Elizabetin həyat yoldaşı səkkiz il mədəaltı vəzi xərçəngi ilə yaşayıb

Böyük Britaniya kraliçası II Elizabetin (1926-2022) həyat yoldaşı, Edinburq hersoqu Filip (1921-2021) səkkiz il mədəaltı vəzi xərçəngi ilə yaşayıb.

AFN.az xəbər verir ki, bu barədə "The Times" qəzeti tarixçi Hüqo Uikerzin "Kraliça II Elizabet" (Queen Elizabeth II) adlı yeni kitabından çıxarışlara istinadən məlumat yayıb.

Bildirilir ki, xəstəlik şahzadə Filipdə 91 yaşında, 2013-cü ilin iyununda London xəstəxanalarından birində müayinə zamanı diaqnoz qoyulub. Ehtimal edilirdi ki, kraliçanın həyat yoldaşı bundan sonra bir daha ictimaiyyət qarşısına çıxmayacaq, lakin nəticədə hersoq pessimistləri qabaqlamağı bacarıb.

O, 2021-ci il aprelin 9-da 99 yaşında, yüz illik yubileyinə iki ay bir gün qalmış vəfat edib. "The Times" xatırladıb ki, ölüm haqqında şəhadətnamədə onun həyatdan köçmə səbəbi kimi "qocalıq yaşı" göstərilib.

"Cancer Research UK" xərçəng tədqiqatları təşkilatının məlumatına görə, mədəaltı vəzi xərçəngi olan insanların yalnız 5%-i beş ildən çox yaşayır. Böyük Britaniyada hər il bu xəstəliyin təxminən 11,1 min hadisəsi qeydə alınır və ondan 10,2 min ölüm halı baş verir.

Seçilən
28
afn.az

1Mənbələr