AZ

"İşıqforun tələbinə əməl etdim, 100 manat cərimə gəldi" - İDDİA

Baku TV-nin "Qaynar xətt"inə müraciət edən vətəndaş Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki yol nişanlanmasında uyğunsuzluq olduğunu iddia edir.

 

 

Bakıvaxtı.az xəbər verir ki, Sürücünün sözlərinə görə, hadisə axşam saat 18 radələrində, tıxacın pik vaxtında baş verib. O, Təbriz küçəsinə sağa dönmək üçün işıqforun əlavə seksiyasının tələbinə uyğun olaraq sağ zolağa (avtobus zolağına) daxil olub. Lakin bu manevr ona 100 manat məbləğində cərimə bahasına başa gəlib.

Vətəndaş bildirir ki, həmin ərazidə yol dörd zolaqdan ibarətdir: üçü avtomobillər, biri isə avtobuslar üçün nəzərdə tutulub. Lakin sağa dönmək istəyən sürücülər üçün ayrıca seksiya olsa da, zolaqlar arasındakı nişanlanma xətləri (qırıq-qırıq xətlər) düzgün çəkilmədiyi üçün sürücülər istər-istəməz qayda pozuntusuna yol verməli olurlar.

Qeyd edək ki, Əhməd Rəcəbli küçəsində saat 17:00-dan 20:00-a qədər sağ zolaq yalnız avtobusların hərəkəti üçün nəzərdə tutulub. Lakin Təbriz küçəsi ilə kəsişmədə sağa dönmək üçün işıqforun ayrıca seksiyası yandığı təqdirdə, sürücülər müvafiq hissədə həmin zolağa daxil olaraq manevr edə bilərlər.

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr