AZ

"Son 1 ildə "Real"da o, bir dənə də olsun məşqi buraxmayıb" - Ançelotti

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Luka Modriçin fiziki forması barədə danışıb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, 40 yaşlı yarımmüdafiəçi hələ də yüksək səviyyədədir və çox peşəkardır:

“Onun vəziyyəti xüsusidir, çünki "Real"da keçirdiyim son mövsümdə 39 yaşında olmasına baxmayaraq, o, bir il ərzində bir dənə də olsun məşqi buraxmayıb. O həm fiziki, həm də psixoloji cəhətdən formadadır. Problem təkcə onda deyil, ümumi olaraq bütün komandaların oyun sürəti ilə bağlıdır.

Mən Fabio Kapello ilə razıyam ki, Serie A-nın sürəti digər turnirlərlə müqayisədə fərqlidir. Çempionlar Liqasında səviyyə yüksələndə bu fərq daha aydın görünür.

Məsələn, İtaliya çempionu "Napoli", həmçinin "Yuventus" və "İnter" kimi komandalar və hətta keçən il final oynayanlar belə mərhələləri keçə bilmədi. "Atalanta" isə uğur qazansa da, "Bavariya"dan iki oyunda 10 qol buraxdı,” – deyə Ançelotti bildirib.

saytlarin hazirlanmasi

Seçilən
19
1
sportal.az

2Mənbələr