AZ

Çox adam pişiyi doydurmaq üçün verir, amma zərərlidir

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Süd pişiklər üçün nəinki faydalı deyil, hətta təhlükəlidir. Rusiyalı baytar həkim Yelena Frolenko bildirir ki, əksər yetkin pişiklərdə laktoza dözümsüzlüyü var."Pişiklər südlə yalnız bala vaxtı qidalanmalıdır. 6-12 həftəlikdən sonra süddəki şəkəri parçalayan fermentin ifrazı kəskin azalır, bəzən isə tamamilə dayanır".Baytar bildirib ki, təbiət etibarilə pişiklər ətyeyən canlılardır və onların orqanizmi əti həzm etməyə uyğunlaşıb. İnək südündəki yüksək laktoza miqdarı heyvanın bağırsaqlarında qıcqırma yaradaraq köp, sancı və ishala səbəb olur. Südün daimi rasiona daxil edilməsi xroniki həzm pozuntularına və faydalı maddələrin sorulmamasına gətirib çıxarır."Əgər ev heyvanınızı sevindirmək istəyirsinizsə, mağazalarda satılan xüsusi laktozasız südlərdən istifadə edə bilərsiniz. Lakin bu da əsas qida deyil, yalnız hərdən verilən bir təam olmalıdır. Pişiyin sağlamlığı üçün əsas şərt balanslaşdırılmış ət qidası və təmiz sudur".Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
demokrat.az

1Mənbələr